İnsanlara hürriyət, millətlərə istiqlal!

İstintaq təcridxanasına ayaqqabının içində telefon keçirilməsinin qarşısı alındı

Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.

Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.

Belə ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR