İnsanlara hürriyət, millətlərə istiqlal!

İşə tez çağırdılar, sonda 130 min ödədilər – qonşu ölkədə ədalətli məhkəmə qərarı

Rusiyada məhkəmə işçilər üçün mühüm presedent yaradan qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Rusiyanın Miass şəhərində bir zavodun sazlayıcısı rəhbərliyin işçilərdən növbə başlamazdan 10 dəqiqə əvvəl işə gəlməyi və növbədən 10 dəqiqə sonra çıxmağı tələb etməsi ilə bağlı məhkəməyə müraciət edib. Bu əlavə vaxtlara görə isə heç bir ödəniş edilməyib. Bir ay ərzində bu, 6 saatdan çox əlavə iş vaxtı təşkil edib.

Yeddinci Kassasiya Məhkəməsi bunu artıq iş vaxtı hesab edərək, zavodu işçiyə 104 min rubldan çox (təxminən 2 250 manat) əməkhaqqı borcu və 25 min rubl (təxminən 540 manat) mənəvi zərər əvəzi ödəməyə məcbur edib.

Hüquqşünaslar bildirirlər ki, əgər işçi öz təşəbbüsü ilə – məsələn, tıxacdan yayınmaq üçün – işə tez gəlirsə, bu vaxt ödənilmir. Əsas meyar işəgötürənin tələbi və ya məcburiyyətidir. Bu fakt iş vaxtı cədvəlləri, messencer yazışmaları və ya şifahi göstərişlərlə sübut oluna bilər.

Qərarın Rusiyada presedent yaratdığı və bundan sonra ölkə üzrə işçilərin məcburi əlavə dəqiqələrə görə ödəniş tələb edə biləcəyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR