Onlayn ictimai-siyasi qəzet
İsrail-Fələstin münaqişəsi fonunda bölgədə gərginlik yenidən artmaqdadır.
Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının qərbində yerləşən Şeyx Radvan bölgəsində Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı UNRWA humanitar agentliyinin klinikasını bombalayıb.
Yerə-yeksan edilən tibb müəssisəsi Qəzzada mülki əhaliyə xidmət göstərən əsas səhiyyə ocaqlarından biri olub.
Hazırda hücum nəticəsində mümkün insan tələfatı və dağıntılarla bağlı ətraflı məlumat yoxdur. Hadisə ilə bağlı beynəlxalq təşkilatların və BMT-nin reaksiyası gözlənilir.
Qeyd edək ki, UNRWA təşkilatı Fələstinli qaçqınlara təcili yardım və sosial xidmətlər göstərən əsas beynəlxalq qurumdur.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ