İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən "Hizbullah"a AĞIR ZƏRBƏ: Tabtabai ÖLDÜRÜLDÜ - VİDEO

İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrut yaxınlığında "Hizbullah" hərəkatının baş qərargah rəisini öldürmək üçün dəqiq zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı İsrail baş naziri Binyamin Netanyahunun ofisi açıqlayıb:

"Bir müddət əvvəl İMQ Beyrutda terror təşkilatının gücləndirilməsinə və silahlandırılmasına nəzarət edən "Hizbullah"ın baş qərargah rəisinə hücum edib".

Ofisdə qeyd olunub ki, "Netanyahu hücuma dair əmri müdafiə naziri İsrail Katz və İMQ-nin qərargah rəisi Eyal Zamir tövsiyəsi ilə imzalayıb".

Qeyd edək ki, məlumatı "Əl-Hadath" xəbər agentliyi də təsdiqləyib. Agentliyin verdiyi məlumata görə, "Hizbullah"ın qərargah rəisi Əbu Əli Tabtabai Beyrutda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

İsrail hərbi rəhbərliyi bu əməliyyata “Black Friday” - “Qara Cümə” adını verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR