Onlayn ictimai-siyasi qəzet
“İrana zərbələr güclənəcək və əlavə hədəflərə və ərazilərə yayılacaq”.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, İsrail müdafiə naziri İsrail Kats İslam İnqilabı Keşikçiləri Korpusunun (farscada - SEPAH) hücumlarından sonra Tehrana bu məzmunda xəbərdarlıq edib.
Nazir qeyd edib ki, o və baş nazir Benyamin Netanyahu İrana İsrail mülki şəxslərinə raket hücumlarını dayandırmaq barədə xəbərdarlıq ediblər.
"Xəbərdarlıqlara baxmayaraq, hücumlar davam edir və buna görə də İsrail müdafiə qüvvələrinin İrana zərbələri güclənəcək və rejimin İsrail mülki şəxslərinə qarşı silah hazırlamasına və istifadəsinə kömək edən əlavə hədəflərə və ərazilərə yayılacaq", - deyə İ.Kats bildirib.
Bundan əvvəl İsrail ordusunun İran ərazisindəki ballistik raket istehsalı müəssisələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbə endirdiyi barədə xəbər yayılıb. Ölkənin qərbində isə İsrail hərbi hava qüvvələri raket buraxıcılarına və sursat saxlama müəssisələrinə zərbə endirib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ