İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda metro relsdən çıxıb - VİDEO

İstanbulda metro qatarı relsdən çıxıb, sərnişinlər tüneldə qalıblar. 

Musavat.com xəbər verir ki, İstanbulun M4 Kadıköy-Sabiha Gökçen Hava Limanı xətti ilə hərəkət edən metro qatarı Bostancı ərazisində relsdən çıxıb. Hadisə zamanı vaqonlarda olan sərnişinlər arasında qısamüddətli təşviş yaşanıb.

Qəzadan sonra xətdə elektrik enerjisinin verilişi dayandırılıb və sərnişinlər öz imkanları ilə qatardan təxliyə olunublar. Vaqonları tərk edən onlarla insan reyslərin üzəri ilə bir müddət qaranlıq tüneldə piyada gedərək yaxınlıqdakı stansiyaya çatmağa çalışıblar. Hadisə yerinə dərhal texniki qruplar cəlb edilib, qəzanın səbəbləri araşdırılır. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2026

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR