İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyadan İsraillə bağlı SƏRT QƏRAR - DAYANDIRILDI

İtaliyanın baş naziri Corciya Meloni İsrail ilə müdafiə sazişinin avtomatik uzadılmasının dayandırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Baş nazirin sözlərinə görə, bu qərar Yaxın Şərqdə gərginliyin artması ilə bağlıdır.

"Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik uzadılmasını dayandırmaq qərarına gəlib", - deyə Meloni bildirib.

Qeyd edək ki, müdafiə sahəsində əməkdaşlığın çərçivəsini, o cümlədən hərbi məhsulların mübadiləsini və silahlı qüvvələr üçün texnoloji araşdırmaların aparılmasını müəyyən edən, 13 aprel 2016-cı ildə qüvvəyə minən memorandum əvvəllər hər 5 ildən bir uzadılmanı nəzərdə tuturdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR