İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlson yenə Ağ Evi haqsız çıxardı – yalan danışan ər-arvad müqayisəsi

Amerikalı jurnalist Taker Karlsonun sözlərinə görə, ABŞ hökuməti İrana qarşı hərbi əməliyyatın əsl səbəbləri barədə ictimaiyyətə yalan danışır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məşhur jurnalist YouTube kanalında yaydığı videoda deyib: "Liderlərimiz bizə açıq şəkildə yalan danışırlar, deyirlər bu, İranın nüvə proqramı ilə bağlıdır. İrana hücumun keçən yay məhv olduğunu iddia etdiyiniz nüvə proqramı ilə heç bir əlaqəsi yoxdur. Siz açıq-aydın yalan danışırsınız".

Karlson ölkə əhalisi ilə hökumət arasındakı münasibəti həyat yoldaşları arasındakı münasibətlərlə müqayisə edib. "Əgər həyat yoldaşınızın sizə yalan danışdığını bilsəniz və keçən həftə harada olduğunu soruşduqda, əslində Barbadosda olduğu halda, işgüzar səfərdə olduğunu desəydi, bu, münasibətlərinizə ciddi təsir göstərərdi", - deyə jurnalist bildirib.

"Nədənsə, liderlərimizə qarşı bu cür yanaşmırıq. Onların yalan danışmalarına göz yumuruq, yalan danışdığımıza görə isə bizi cəzalandırmalarına icazə veririk", - Karlson yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR