İnsanlara hürriyət, millətlərə istiqlal!

Kenan Doğulu narkotik iddialarına cavab verdi

Türkiyənin məşhur müğənnisi Kenan Doğulu barəsində yayılan narkotik istifadəsi iddialarına münasibət bildirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan bəzi şəxslərin Ədli Tibb Qurumunda keçirilən test nəticələri açıqlanıb.

Məlumata görə, Kenan Doğulu da daxil olmaqla 8 nəfərin test nəticəsi müsbət çıxıb.

Bunun ardından sosial şəbəkə hesabında açıqlama yayan sənətçi iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Kenan Doğulu qeyd edib ki, istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən və Ədli Tibb Qurumunun müayinələrindən keçdikdən sonra öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş laboratoriyada sidik, qan və saç analizləri etdirib.

Müğənninin sözlərinə görə, həmin analizlərin ilk nəticəsi olan sidik testi mənfi çıxıb:

"Bu gün adımın həqiqəti əks etdirməyən bəzi iddialarla hallandırıldığını təəssüflə izləyirəm. Etdirdiyim analizlərin ilk nəticəsi gözlənildiyi kimi mənfi olub. Qan və saç analizlərinin də eyni nəticəni verəcəyinə heç bir şübhəm yoxdur. Ədalətə inanıram və prosesin qısa müddətdə aydınlaşaraq həqiqətin üzə çıxacağına ürəkdən inanıram".

Kenan Doğulu araşdırmanın nəticələrinin gözlənildiyini və həqiqətin yaxın zamanda ortaya çıxacağına əmin olduğunu vurğulayıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR