Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Krasnodar diyarında gecə saatlarında hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti zamanı təhlükəli insident yaşanıb.
Məlumata görə, Krasnodar diyarı ərazisində yerləşən Afipski neft emalı zavodu istiqamətində hücumun dəf edilməsi zamanı buraxılan HHM raketlərindən biri yaşayış massivinə düşüb.
Hadisə zamanı səmanın parlaq işıqla yarıldığı, güclü partlayış səsinin ətraf məhəllələrdə panika yaratdığı bildirilir. Yerli müxbirlərin verdiyi ilkin məlumata əsasən, raketin qalıqları bir neçə evin yaxınlığına səpələnib, bəzi binalara ziyan dəyib. Xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ