İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldə xüsusi diplomatik sövdələşmə: Vitkoff və Kuşner Moskvaya NƏ VƏD EDİB?

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibə başa çatmadan belə Rusiya ilə biznes müqavilələri bağlamaq imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri öz mənbələrinə istinadən sensasion məlumat dərc edib.

Məlumata görə, Vaşinqton bu addımla Moskvaya münasibətləri sıfırlamaq niyyətində ciddi olduğunu nümayiş etdirmək və Rusiya elitası üçün müharibəni dayandırmaq istiqamətində əlavə iqtisadi stimullar yaratmaq niyyətindədir. Qeyd olunur ki, bu yanaşma Trampın daha əvvəl səsləndirdiyi "müharibə bitməyənədək Rusiya ilə heç bir biznes sövdələşməsi olmayacaq" mövqeyindən kəskin fərqlənir. Nəşr bildirir ki, Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kremlin rəhbəri Vladimir Putinlə son görüşü zamanı Rusiya lideri bir neçə ay ərzində bütün Donbası ələ keçirəcəklərini və Ukraynanın energetikasına ağır zərbələr vuracaqlarını iddia edib.

Cavabında Kuşner bir il əvvəl də Putinin eyni sözləri dediyini xatırladaraq: "Bir ildən sonra yenidən bura qayıdıb eyni sözləri eşitmək şansımız nə qədərdir? Bəlkə bir ili boş yerə itirməyək?" — deyə reaksiya verib.

Analitiklər diqqəti ona çəkirlər ki, ABŞ Konqresi Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" haqqında qanun layihəsini təsdiqləsə də, Tramp administrasiyası Putinə münasibətdə "qamçı və kökə" taktikası işlətməyə çalışır və əsas diqqəti məhz iqtisadi şirnikləndirmələrə ("kökə"yə) yönəldir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR