İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən AÇIQLAMA - Kiyev dərhal qərar verməlidir

Ukrayna sülh yolu ilə nizamlanma ilə bağlı məsuliyyətli qərarını “dərhal” qəbul etməlidir, əks halda “sonra çox gec olacaq”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Moskva Amerikanın sülh planı ilə bağlı rəsmi olaraq heç bir sənəd almayıb və onun müddəaları ilə bağlı əsaslı müzakirələr aparılmayıb.

O qeyd edib ki, Rusiya ABŞ-ın layihəyə daxil edə biləcəyi mümkün dəyişikliklər və ifadələrdən xəbərdardır.

Peskov Rusiya tərəfinin Ankoricdə müzakirə edilən razılaşmalara sadiq qalmağa davam etdiyini vurğulayıb və bəyan edib ki, Vaşinqtonun Kiyevdən Donald Trampın sülh planını noyabrın 27-dək imzalamasını gözlədiyinə dair mətbuatda yayılan xəbərlərin əsasını Kreml bilmir.

O həmçinin bildirib ki, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı təmaslar davam edir və dayanmayıb.

Peskovun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin hərəkətləri Ukrayna prezidenti Volodimir Zelenskini “sülh yolu ilə nizamlanmaya doğru hərəkət etməyin vaxtıdır” deyə inandırmalıdır. Bununla belə, o, Moskvanın Kiyevlə danışıqlar aparmaq niyyətində olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR