Onlayn ictimai-siyasi qəzet
Rusiya siyasi kulisələrində aparıcı fiqurların gələcək taleyi ilə bağlı yeni və diqqətçəkən iddialar irəli sürülüb.
Musavat.com xəbər verir ki, məlumata görə, baş nazirin müavini və Uzaq Şərq federal dairəsinin səlahiyyətli nümayəndəsi Yuri Trutnevin Dövlət Dumasının spikeri və ya keçid dövrü üçün parlamentin birinci vitse-spikeri postuna gətirilə biləcəyi müzakirə olunur. Eyni zamanda, onun Sergey Kiriyenkini əvəz edərək Kremlin daxili siyasət blokuna rəhbərlik edə biləcək əsas namizədlərdən biri olduğu bildirilir.
Kiriyenkonun postu üçün digər real namizəd qismində isə Kurs vilayətinin qubernatoru Aleksandr Xinşteynin adı çəkilir. Politoloqların fikrincə, həm Yuri Trutnevin, həm də Aleksandr Xinşteynin bu yüksək vəzifələrə gətirilməsi Kremlin daxili siyasət kursunun əhəmiyyətli dərəcədə sərtləşəcəyindən xəbər verir.
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ