İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib - VİDEO

Kubalı peşəkar voleybolçu Luis Elian Estrada Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib.

Bu barədə Musavat.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, kubalı voleybolçu iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub. Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR