Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyi (FHN) "Laçın" Ticarət Mərkəzində liftdə ölən şəxslə bağlı Musavat.com-un sorğusuna cavab verib.
Hadisənin təfərrüatlarını Musavat.com-da yayımlanan "Laçın"dakı ÖLÜM LİFTİ - Faciə yerindən REPORTAJ, TƏFƏRRÜAT yazısından https://musavat.com/news/lacin-daki-olum-lifti-facie-yerinden-reportaj-teferruat-foto-video_1280440.html izləyə bilərsiniz.
Qurumdan bildirilib ki, FHN-in Sənayedə İşlərin Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilib və ticarət mərkəzinin binasına bitişik şəkildə texniki təhlükəsizlik tələblərinə cavab verməyən, kustar üsulla hazırlanmış yükqaldırıcı qurğunun quraşdırıldığı müəyyən edilib.
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, kustar üsulla hazırlanmış belə qurğular Agentlikdə qeydiyyata alınmır və onların istismarına icazə verilmir. Bu səbəbdən də sözügedən qurğu Agentliyin nəzarətində olmayıb və onun istismarına dair hər hansı icazə verilməyib.
Afaq Mirayiq,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ