İnsanlara hürriyət, millətlərə istiqlal!

Laricaninin izini belə TAPIBLAR: SEPAH generalı sensasion detalı AÇIQLADI - VİDEO

İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, general İsmayıl Kövsəri Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricaninin izlənilməsi və yerinin təsbit edilməsi ilə bağlı diqqətçəkən detalları açıqlayıb.

Musavat.com SEPAH-ın telegram kanalına istinadən xəbər verir ki, bu barədə general "Raz" proqramında danışıb.

Kövsəri müsahibəsində bildirib ki, Laricaninin izinin tapılması və hədəfə alınması onun ailə üzvləri vasitəsilə həyata keçirilib.

Onun sözlərinə görə, Laricaninin oğlu Murtuzaya evdən zəng olunub. Daxil olan bu zəng və rabitə bağlantısı nəticəsində qarşı tərəf (kəşfiyyat qrupu) onların yerini tam dəqiq müəyyən edə bilib.

Ekspertlər bildirir ki, bu fakt bir daha göstərir ki, təhlükəsizlik baxımından ən kiçik texnoloji və ya telefon təması belə yüksək vəzifəli şəxslərin yerinin aşkarlanmasında həlledici rol oynayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR