İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada itkin düşən tiktokerin meyiti yandırılmış halda tapıldı - FOTO

Fransanın cənubunda tanınmış TikTok bloqçusu Sonia Bellina qətlə yetirilib. Onun cəsədi daha sonra yandırılıb.

Bu barədə BFMTV Nim şəhərinin prokuroru Sesil Gensakın açıqlamasına istinadən məlumat yayıb.

Bellinanın cəsədi avqustun 12-də səhər saatlarında aşkarlanıb. Ağır zədələndiyi və qismən yandırıldığı üçün onun kimliyinin müəyyənləşdirilməsi bir həftəyə yaxın vaxt aparıb.

Aparılan DNT ekspertizasının nəticələri cəsədin Sonia Bellinaya məxsus olduğunu təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. İstintaq çərçivəsində polis iki şübhəlini saxlayaraq nəzarətə götürüb.

Qeyd edək ki, Sonia Bellinanın TikTok platformasında 260 mindən çox izləyicisi olub./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR