İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan İrəvana sərt cavab: "Şimaldan hücum" iddiaları mifik bir uydurmadır!

Moskva və İrəvan arasındakı diplomatik gərginlik 5 fevral 2026-cı il tarixində keçirilən yüksək səviyyəli görüşdə pik həddə çatıb.

Musavat.com
xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan parlamentinin spikeri Alen Simonyanla danışıqlar əsnasında İrəvanın son dövrlərdə səsləndirdiyi "təhlükəsizlik qayğılarını" kəskin tənqid edib.

Lavrov Ermənistan rəhbərliyinin Rusiyadan gələ biləcək təhlükələr barədə bəyanatlarını "qəribə və məntiqsiz" adlandıraraq, İrəvanın apardığı xarici siyasət kursunu şübhə altına alıb.

Rusiya XİN başçısı xüsusilə Ermənistanın "şimaldan gələ biləcək mifik hücumlar" və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ölkə üçün "ekzistensial təhlükə" yaratması barədə səsləndirdiyi fikirlərə reaksiya verib. "Bizə Ermənistanın şimalından hansısa mifik hücumların hazırlandığı və KTMT-nin təhlükə mənbəyi olduğu barədə dövri bəyanatları eşitmək çox qəribə gəlir" - deyə Lavrov vurğulayıb. O, İrəvanın bu cür ritorikasının Qərbin, xüsusilə ABŞ və Avropa İttifaqının regiondakı "boş vədləri" fonunda yarandığını və bunun reallıqdan uzaq olduğunu qeyd edib.

Lavrovun bu çıxışı, Ermənistanın "Tramp marşrutu" (Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti ilə açılması planı) üzrə Vaşinqtonla əməkdaşlığı dərinləşdirməsi və Rusiyanın regiondakı hərbi-siyasi iştirakını minimuma endirməyə çalışması ilə eyni vaxta təsadüf edir. Görüşdə Rusiya tərəfi Ermənistanın ənənəvi müttəfiqlərindən uzaqlaşmasının regionda sabitliyi pozacağını, Qərbin isə Cənubi Qafqazı sadəcə "geosiyasi poliqon" kimi istifadə etdiyini Simonyanın diqqətinə çatdırıb. Beləliklə, Moskva İrəvana açıq mesaj verib: "Şimal təhlükəsi" uydurmaqla Rusiya ilə strateji əlaqələri qurban vermək Ermənistanın öz dövlətçiliyi üçün daha böyük risklər yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR