İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan SON DƏQİQƏ açıqlamaları: “Kim güclüdürsə, o da haqlıdır” - VİDEO

Avropa liderlərinin düşüncələrində və planlarında Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədi hələ də qalmaqdadır.

Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq arenada bütün qaydalar pozulub və hazırda “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə oyun gedir.

Lavrov ABŞ prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə formalaşdırmaq xəttini Avropa üçün sarsıdıcı amil adlandırıb.

Nazir qeyd edib ki, Yaponiyada konstitusiyanın dəyişdirilməsi və ölkənin qeyri-nüvə statusuna yenidən baxılması ilə bağlı açıq müzakirələr aktivləşib.

Lavrovun sözlərinə görə, Fələstin dövlətinin yaradılması zərurəti Trampın irəli sürdüyü “Sülh Şurası” təşəbbüsü kontekstində də aktuallığını qoruyur.

O, həmçinin bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Ukraynadan olan silahlı dəstələrdən Kursk vilayətinin azad olunmasında Rusiyaya “qardaş köməyi” göstərib.

Lavrov ABŞ-ni Venesuelaya kobud şəkildə müdaxilə etməkdə və Latın Amerikasının digər ölkələrini hədələməkdə ittiham edib.

Nazirin sözlərinə görə, Rusiya “Sülh Şurası” ilə bağlı konkret təkliflər alıb və bu təşəbbüs ABŞ-nin əməkdaşlıq üçün ölkələr qrupunun toplanmasının zəruriliyini anladığını əks etdirir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də Trampın “Sülh Şurası”nda iştirakla bağlı təklifinin nəzərdən keçiriləcəyini bildirib.

Lavrov qeyd edib ki, ABŞ-nin Avropa və digər ölkələrlə problemləri uzun müddət davam edəcək.

Onun sözlərinə görə, çoxqütblü dünya artıq geri dönməz xarakter alıb və onu heç nə əvəz edə bilməz, gec-tez tərəflər yenə də razılığa gəlməli olacaqlar.

Nazir əlavə edib ki, ABŞ hələlik “Mariner” gəmisindən olan iki rus dənizçisinin azad edilməsi ilə bağlı qərarı yerinə yetirməyib.

Lavrov sonda Qərbdə NATO-nun alyans kimi “bağlanmasının” vaxtının çatıb-çatmadığı ilə bağlı müzakirələrin aparıldığını da bildirib.

@@TVmusavat/138108@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR