Onlayn ictimai-siyasi qəzet
Arzuolunmaz tüklərdən xilas olmaq üçün ev şəraitində hazırlanan təbii qarışımlar sosial mediada yenidən gündəmə gəlib.
Ən çox yayılan üsullardan biri limon suyu və duz qarışımıdır. Reseptə əsasən, bir limonun suyu 2 çay qaşığı duzla qarışdırılır, dəriyə çəkilir və təxminən 15 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
Bu üsulun tükləri zamanla zəiflədə və daha az nəzərəçarpan edə biləcəyi iddia olunur. Lakin limon və duzun tük köklərini tamamilə məhv etdiyini təsdiqləyən etibarlı elmi sübut yoxdur.
Alternativ olaraq zərdəçal və süd, həmçinin qəhvə çöküntüsü ilə karbonat qarışımlarından da istifadə edildiyi bildirilir. Bu qarışımlar daha çox dəriyə qulluq və pilinq məqsədi daşıyır.
Mütəxəssislər təbii məhsulların da dəridə qıcıqlanma və allergik reaksiya yarada biləcəyini nəzərə alaraq istifadədən əvvəl kiçik sahədə sınaq aparmağı tövsiyə edirlər. (lent.az)
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ