İnsanlara hürriyət, millətlərə istiqlal!

Litvada MÜHARİBƏ HƏYƏCANI - Paytaxt kütləvi təxliyəyə hazırlanır

Litva hərbi təhlükə və ya ciddi böhran yarana biləcəyi təqdirdə Vilnüs sakinlərinin təxliyə olunması planını hazırlayıb.

Musavat.com xəbər verir ki, "Polşa radiosu"nun məlumatına görə, əsas marşrutlardan biri Polşa istiqamətində təxliyəni nəzərdə tutur.

Plana əsasən, paytaxt sakinləri üçün üç əsas təxliyə istiqaməti müəyyən edilib.

Marşrutlardan biri Polşa ilə sərhədə, digər ikisi isə şimal istiqamətinə - Panevejis və Şyaulyaya, həmçinin qərb istiqamətinə - Kaunas və Klaypedaya aparır.

Polşanın Podlyasye Voyevodalığının hakimiyyət orqanları isə öz növbəsində regionun Baltikyanı ölkələrin sakinləri üçün tranzit koridoru kimi istifadə olunması ehtimalına hazırlaşır.

Qeyd olunur ki, konkret təxliyə istiqaməti və qaydası təhlükənin yerindən və miqyasından asılı olacaq. Şəxsi avtomobili olan sakinlərdən əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət etmək tələb olunacaq. Müstəqil şəkildə təxliyə oluna bilməyən vətəndaşlar üçün nəqliyyatı bələdiyyə qurumlarının təşkil etməsi planlaşdırılır.

Vilnüs Mülki Müdafiə Departamentinin nümayəndəsi Jigimantas Solovyovas yenilənmiş təxliyə planının təxminən bir il əvvəl təqdim edildiyini bildirib.

Birbaşa atəş təhlükəsi yarandıqda isə şəhərdən təxliyə aparılmayacaq. Belə vəziyyətdə sakinlərin sığınacaqlarda gizlənməsi tövsiyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR