İnsanlara hürriyət, millətlərə istiqlal!

Livandan İrana və SEPAH-a zərbə

Son günlər İrana görə ağır dönəmini yaşayan Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib.

Musavat.com-un məlumatına görə, bunu Livanın informasiya naziri Pol Morkos bildirib.

“Nazirlər Kabinetinin qərarına əsasən, İran vətəndaşları bundan sonra Livana daxil olarkən yenidən viza almalıdırlar", - nazir deyib.

Günaz.tv-nin məlumatına görə, P.Morkos bildirib ki, ölkənin Baş naziri Nəvaf Salam İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda hər hansı hərbi fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görülməsini tələb edib. Nazirin sözlərinə görə, bundan sonra Livan hökuməti ölkə ərazisində dünyanın bir sıra ölkələri və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınmış SEPAH-ın istənilən üzvünü saxlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR