İnsanlara hürriyət, millətlərə istiqlal!

Magistratura imtahanında respublika birincisi o oldu

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 17-si keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Musavat.com xəbər verir ki, magistraturaya qəbul imtahanlarının II cəhdində 93.5 balla respublika birincisi Cəmilə Yusifzadə olub. Bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.

Bildirilib ki, o, ilk cəhdində 90 balla ölkə 2-cisi olmuşdu.

C.Yusifzadə Bakı Ali Neft Məktəbinin tələbəsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR