İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan sensasion etiraf: “Avropa Rusiyadan qurtuldu, amma...”

“Avropa ölkələri Rusiyanın enerji resurslarından asılılığı ABŞ-dən asılılıqla əvəz ediblər”.

Musavat.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Le Monde” qəzetinə verdiyi açıqlamada danışıb.

“Enerji sektorunu götürək: biz Rusiyadan asılılığı ABŞ-dən asılılıqla əvəz etdik. ABŞ hazırda bizim mayeləşdirilmiş təbii qazımızın 60 faizini təmin edir”, - deyə o bildirib.

Makron xatırladıb ki, o, həmişə “daha suveren Avropa” ideyasını dəstəkləyib.

Onun sözlərinə görə, Avropa müdafiə sahəsində ümumi maliyyələşdirmə yaradaraq müəyyən irəliləyişə nail olub:

“Lakin biz nə lazımi sürətlə, nə də lazımi miqyasda irəliləyirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR