İnsanlara hürriyət, millətlərə istiqlal!

Marko Yankoviç mükafatlandırıldı - FOTO

"Qarabağ"ın futbolçusu Marko Yankoviç mükafatlandırılıb.

Futbolçunun doğma ölkəsi Monteneqronun Çetinye şəhərində 2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də diqqətdən kənarda qalmayıb. Təcrübəli futbolçu ölkə sərhədlərindən kənardakı uğurlu peşəkar karyerası və göstərdiyi yüksək nəticələrə görə təltif olunub.

Futbolçu sosial media hesabında bu barədə paylaşım edərək göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və qazandığı bu mükafatı karyerasının ilk addımlarında ona dəstək olan məşqçilərinə və ailəsinə həsr etdiyini yazıb.

Qeyd edək ki, Marko Yankoviç Monteneqro millisinin üzvüdür və 2022-ci ilin yayından etibarən "Qarabağ"ın formasını geyinir. (qol.az)

1313499.jpg (32 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR