İnsanlara hürriyət, millətlərə istiqlal!

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyəti dayandırlıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin sexdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, həmin sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR