İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask ikinci “kruq” gəlir – milyarder siyasi fəallığını yenə artırıb

İlon Mask gözlənilmədən siyasətdə aktivləşib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, milyarder Britaniyanın "The Economist" jurnalına müsahibə verib və orada ABŞ Demokrat partiyasının tanınmış simalarını sərt tənqid edib.

Amerika mediası həmçinin Maskın noyabr ayında keçiriləcək konqres seçkilərində qalib gəlmələrinə kömək etmək ümidi ilə respublikaçıların seçki kampaniyalarına fəal şəkildə töhfə verdiyini bildirib.
Hesab olunur ki, Mask Donald Trampın azalan ı reytinqinin respublikaçılara zərər vurma riskini gördükdən sonra hərəkətə keçib.

Milyarderlə müsahibəni "The Economist" jurnalının baş redaktoru Zanni Minton Bedous aparıb. O, Maska çoxsaylı suallar verib və o, Trampa münasibətindən tutmuş Böyük Britaniyadakı vəziyyətə verdiyi qiymətə qədər bütün sualları cavablandırıb.

Mask müsahibədə hind əsilli kanadalı bir qadınla yaşayan uşaqlarını misal gətirərək irqçi olmadığını iddia edib, çoxlu düşmən qazandığını, amma bunu vecinə almadığını bildirib.

Yenilikçi milyarder özünü avropalıdan daha çox amerikalı, ifrat sağçı siyasətçi kimi təqdim edib. Mask trampçıların Qərb ölkələrinə immiqrasiyanın və immiqrantların təhlükələri haqqında əsas ideyasını tam dəstəkləyib. (O, Avropadan kənar ölkələrdən olan insanların immiqrasiyası səbəbindən Böyük Britaniyada vətəndaş müharibəsi olacağını proqnozlaşdırdı). Mask "təkrar immiqrasiyaya qarşı çıxan" və "Amerikanı sevməyən" hər kəsi xain adlandırıb. Milyarder İspaniyanın baş naziri Pedro Sançesi, Arizona senatoru Mark Kellini, Minnesota qubernatoru Tim Valzı və Nümayəndələr Palatasının üzvü İlhan Omar kimi demokrat siyasətçiləri “xainlər” siyahısına daxil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR