Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, dünya futbolunun ulduzu Məhəmməd Salahın Türkiyəyə gəlişi Trabzonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Misirli hücumçunu qarşılamaq üçün on minlərlə "Trabzonspor" azarkeşi Trabzon Hava Limanına toplanıb. Şəhərdə nəqliyyatın hərəkəti iflic olub, aeroportun ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.
Möhtəşəm coşğu və tezahüratlar
Təyyarədən enən ulduz futbolçunu fanatlar məşəllər, klubun bayraqları və coşğulu tezahüratlarla qarşılayıblar. Salah azarkeşlərin bu böyük sevgisinə təəccübü və təbəssümü ilə cavab verib.
Məhəmməd Salahın Trabzona gəlişi təkcə Türkiyə mətbuatında deyil, dünya mediasında da geniş əks-səda doğurub.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ