İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Ekspertizası Mərkəzi ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verib

Ötən il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26 min 890 iş barədə ekspert rəyi və arayış verilib.

Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6,6 faiz artıb.

Hesabat dövründə ekspertlər tərəfindən 2 milyon 216 min 778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78 min 808 sual cavablandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR