Onlayn ictimai-siyasi qəzet
Türkiyədə CHP-nin rəhbərlik etdiyi Etimesgut Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri, aktyor kimi də tanınan Erdal Beşikçioğlu həbs edilib.
Musavat.com xəbər verir ki, Ankara Qərb Respublika Prokurorluğunun apardığı araşdırmada Beşikçioğluna qarşı "tender saxtakarlığı", "rüşvət", "hədə-qorxu ilə pul tələb etmək" və "cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamları irəli sürülüb.
İstintaq materiallarına görə, Etimesgut Bələdiyyəsində keçirilən bəzi tenderlərdə qanun pozuntularına yol verildiyi, sənədlərin saxtalaşdırıldığı, dayanacaq icarələri və tikinti layihələri ilə bağlı icazə proseslərində müəyyən şəxslərə qanunsuz üstünlüklər yaradıldığı iddia olunur.
Polisdə ifadəsi alınan Erdal Beşikçioğlu daha sonra məhkəməyə çıxarılıb. Növbətçi hakim onun da daxil olduğu 40 şübhəlinin həbsinə qərar verib.
Qeyd edək ki, Beşikçioğlu həm də məşhur "Behzat Ç." serialında baş rolu canlandırması ilə tanınır. İstintaq çərçivəsində onun serial çəkilişlərində bələdiyyə resurslarından istifadə edildiyi barədə iddialarla bağlı da ifadə verdiyi bildirilir.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ