İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhv olmuş qondarma qurum dırnağarası generaldan “Artsax qəhrəmanı” adını geri aldı – Səbəb Paşinyandır

Qarabağda artıq tarixin zibilliyinə qovuşmuş separatçı qurumun növbəti gülünc "qərarı" olub.

Musavat.com xəbər verir ki, qondarma qurumun “icraçı rəhbərliyi” dırnağarası general-mayor Karen Şakaryanın “Artsax qəhrəmanı” adını ləğv edib.

Məlumata görə, bu qərara səbəb Şakaryanın yanvarın 6-da İrəvanın mərkəzində keçirilən və baş nazir Nikol Paşinyanın siyasi xəttinə yaxın hesab olunan yürüşdə iştirak etməsi olub.

Həmin yürüş zamanı bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi səsləndirilib. Bu isə Qarabağdakı keçmiş separatçı düşərgədə ciddi narazılıq yaradıb və nəticədə formal xarakter daşıyan “mükafatın” geri alınması ilə yekunlaşıb.

Hadisə Paşinyan komandası ilə köhnə Qarabağ klanı arasında qarşıdurmanın hələ də davam etdiyini və açıq mərhələyə keçdiyini göstərən növbəti fakt kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR