Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova qızı Şirinin 6 aylıq olması ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Nəzrin Nəcəfova sosial media hesabında övladının yeni fotolarını izləyiciləri ilə bölüşüb.
O, paylaşımına “Balamın 6 ayı oldu” sözlərini yazaraq qızının 6 aylıq olmasını qeyd edib.
Paylaşımda Şirinin yeni fotoları da yer alıb. Nəzrin Nəcəfovanın paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Nəzrin Nəcəfova müğənni Mərdan Kazımovla ailəlidir. Cütlüyün Şirin adlı qız övladı var.
Könül
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ