İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən diktator deyiləm” - deyən Tramp Obama və Baydeni “yıxıb-sürüdü”

ABŞ prezidenti Donald Tramp əmindir ki, ABŞ Demokrat Partiyası bəzən özünü “gestapo kimi” aparır.

Musavat.com xarici mediaya istinadla xənər verir ki, Tramp Vaşinqtonda təşkil olunan ənənəvi dua mərasimində siyasi rəqiblərinin hərəkətlərini şərh edərkən deyib: “Bilirsiniz, onlar həmişə Trampın diktator olduğunu söyləməyi xoşlayırlar. Onlar bunu sevirlər". 

“Mən diktator deyiləm”-deyə ABŞ administrasiyasının başçısı əminliklə bildirib. "Lakin onlar diktator kimi davrandılar. Gestapo kimi davrandılar", - Tramp əlavə edib.

O, ABŞ-nin 44-cü prezidenti (2009-2017) Barak Obamanı (demokrat) ölkəni parçalamaqda ittiham edib. “Obama çox pis idi. O, ölkəmizi dəhşətli şəkildə parçaladı. ABŞ-ni böldü", - Tramp əminliklə bildirib.

Tramp özünün xələfini və sələfini də unutmayıb: “Bayden indiyə qədər yaşadığımız ən pis prezident idi; o, prezident olduğunu belə dərk etmirdi, ona görə də bunu şəxsən qəbul etmir. O, nə dediyimi bilmirdi. O, indi izləyir və dediklərimdən məmnundur”.

Tramp bir daha təkrar edib ki, Bayden çox pis prezident idi: "Həm də çox pis prezident idi. İnanın, ya inanmayın, onlar ölkəmizi böldülər, amma biz (indiki respublikaçılar administrasiyası - red.) ölkəni yenidən birləşdiririk", - ABŞ prezidenti əlavə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR