İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərdan “Haydı, gözəl yar”ı təqdim etdi

Müğənni Mərdan Kazımov Azərbaycan xalq mahnısı “Haydı, gözəl yar”ı yeni aranjimanda təqdim edərək ekranlaşdırıb.

Musavat.com  xəbər verir ki, Mərdanın yeni klipi artıq musiqisevərlərin ixtiyarına verilib.

Layihənin ideya müəllifi Rahmanlı, rejissoru isə Mayis Əhmədovdur. Mahnının aranjimanı Zaur Aliyə, vokal prodüserliyi İsmayıl Əsədova həvalə olunub. Miks və masterinq işlərini Emin STKHA həyata keçirib.

Klipin yayımı “Mikpro” şirkəti tərəfindən təşkil olunub. Layihənin mətbuat katibi isə Könül İbrahimdir.

Azərbaycan xalq musiqisinə müasir nəfəs qazandıran “Haydı, Gözəl Yar” klipi artıq bütün rəqəmsal platformalarda yayımlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

30 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR