Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Serra Pirinç qatıldığı "YouTube" proqramında həm şəxsi həyatı, həm də Parisdə yaşadığı sarsıdıcı hadisə barədə açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Fransada keçirdiyi görüş zamanı təcavüzə məruz qaldığını bildirərək yaşadığı travmadan danışıb.
Pirinç bildirib ki, Parisdə tanış olduğu şəxslə keçirdiyi görüş əvvəlcə normal davam edib. Onun sözlərinə görə, hər şey qaydasında görünsə də, sonradan vəziyyət gözlənilmədən dəyişib.
"Yer gözəldir, şəhər gözəldir, mən Parisdəyəm. Yemək yaxşıdır, şərab yaxşıdır... Hər şey əla idi. Sonra oğlan mənə təcavüz etməyə başladı. Məlum oldu ki, o, pozğundur", – deyə aktrisa bildirib.
Serra Pirinç hadisədən sonra görüşü tərk etdiyini, həmin şəxsi bloklamasına baxmayaraq, onun təxminən bir il ərzində müxtəlif telefon nömrələri və sosial media hesabları vasitəsilə əlaqə saxlamağa çalışdığını iddia edib.
Aktrisa yaşadığı qorxu səbəbindən ertəsi gün Fransanı tərk edərək qatarla Almaniyada yaşayan xalasıgilə getdiyini bildirib. O, bir müddət orada qalaraq yaşadığı travmanı aradan qaldırmağa çalışdığını deyib.
Musavat.com
18 Avqust 2026
01:54 ABŞ və Ukrayna arasında məxfi xətt tam gücü ilə bərpa edildi – Rusiya daxilində nə hazırlanır?
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ