Onlayn ictimai-siyasi qəzet
Türkiyədə maraqla izlənilən “Yeraltı” serialının heyətinə yeni və sürpriz sima daxil olub.
Musavat.com xəbər verir ki, ekran işində bundan sonra tanınmış aktyor İsmail Hacıoğlu da rol alacaq.
Məlumata görə, aktyor serialda Bozo obrazının əsas düşmənini canlandıracaq. Onun layihəyə qoşulması serialın növbəti bölümlərində hadisələrin daha da gərginləşəcəyindən xəbər verir.
İsmail Hacıoğlunun canlandıracağı obrazın Bozo ilə amansız qarşıdurmaya girəcəyi, bu xəttin isə süjetə yeni dinamika qatacağı bildirilir.
Qeyd edək ki, peşəkar aktyorluğu ilə seçilən İsmail Hacıoğlu daha əvvəl rol aldığı çoxsaylı film və seriallardakı performansı ilə tamaşaçıların rəğbətini qazanıb.
Könül, Musavat.com
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ