İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO

Rusiyalı məşhur aparıcı və aktrisa Viktoriya Bonya sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, sənətçi Bakıdan ona göndərilən sürpriz hədiyyə qutusunu izləyicilərinin gözü qarşısında açıb.

Qutudan müxtəlif növ Azərbaycan çayları, mürəbbələr və armudu stəkanlar çıxıb. Bonya hədiyyəni göndərən şəxsi tanımadığını desə də, bu xoş jestə görə təşəkkürünü ifadə edib.

Aktrisa paylaşımında Azərbaycan çayına xüsusi sevgisindən də söz açıb. O, Azərbaycan çayının ən sevdiyi çaylardan biri olduğunu bildirib və bu hədiyyənin onu çox sevindirdiyini vurğulayıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR