Onlayn ictimai-siyasi qəzet
Rusiyada xarici agent kimi tanınan yazıçı Boris Akuninin həyat yoldaşı Erika Çxartişvili vəfat edib.
Erika Çxartişvili son vaxtlar ağır xəstəliklə mübarizə aparırdı.
Onun vəfatı barədə “Zima” jurnalı məlumat yayıb.
Boris Akunin kimi tanınan Qriqori Çxartişvili ilə Erika Çxartişvili 1986-cı ildə ailə qurublar. Cütlük bu ilin martında evliliklərinin 40-cı ildönümünü qeyd edib.
Erika Çxartişvili uzun illər həyat yoldaşının yaradıcılığında yaxından iştirak edib. O, Akuninin kitablarının korrektəsi və redaktəsi ilə məşğul olub. Yazıçının məşhur Erast Fandorin silsiləsinin ilk romanı olan “Azazel” əsərinin də həyat yoldaşı ilə mərc əsasında yazıldığı bildirilir.
Erika Çxartişvili Boris Akuninin ikinci həyat yoldaşı olub. Yazıçının ilk həyat yoldaşı isə tələbəlik illərində tanış olduğu yapon qadın olub.
Qeyd edək ki, Boris Akunin Rusiyada xarici agent kimi tanınıb və terrorçular və ekstremistlər siyahısına daxil edilib.
18 Avqust 2026
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ