İnsanlara hürriyət, millətlərə istiqlal!

Messinin atası vəfat etdi

Argentinalı hücumçu Lionel Messinin atası Xorxe Messi 68 yaşında Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

Bu barədə Argentinanın "Infobae" nəşri məlumat yayıb.

X.Messinin uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilsə də, diaqnozun tam olaraq nə olduğu açıqlanmır.

Qeyd edək ki, futbol üzrə dünya çempionatına Əlcəzairlə oyunda (3:0) het-triklə başlayan Messi matçdan sonra göz yaşlarına hakim ola bilməyib. O, müsahibəsi zamanı bu reaksiyasının idmanla bağlı olmadığını, sadəcə, son vaxtlar yaşamaq məcburiyyətində qaldığı çətin günlərdən qaynaqlandığını qeyd edib.

Həmin vaxtdan etibarən Messinin atasının səhhətində ciddi problemlər olduğu barədə xəbərlər yayılmağa başlayıb. Çünki onu Argentina yığmasının oyunları zamanı Messinin ailəsi ilə birlikdə tribunalarda görməyiblər. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2026

08 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR