İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Tacikistana qalib gəldi — VİDEO

Azərbaycan - Tacikistan - TAM VİDEO

Musavat.com xəbər verir ki, Azərbaycan və Tacikistan milli komandaları arasında keçirilən yoldaşlıq görüşü yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 58-ci dəqiqəsində Toral Bayramovun zərbəsindən sonra Tacikistan millisinin qapıçısı Oleq Baklov topu öz qapısına göndərib. Protokola avtoqol kimi yazılan bu qol matçda yeganə olub.

Bununla da Azərbaycan millisi keçirilən yoldaşlıq matçını qələbə ilə tamamlayıb.

***

Toral Bayramovun qolu Azərbaycan millisini önə keçirdi

Musavat.com xəbər verir ki, Azərbaycan və Tacikistan milli komandaları arasında keçirilən yoldaşlıq matçında hesab açılıb.

Görüşün ilk hissəsi qolsuz bərabərliklə başa çatıb (0:0). İlk yarıda topa sahib olma nisbətində (54% - 46%) və qapıya vurulan zərbələrin sayında üstünlük təşkil edən millimiz fasiləyə heç-heçə ilə yollanıb.

Matçın ikinci hissəsində — 58-ci dəqiqədə Toral Bayramov fərqlənərək Azərbaycan yığmasını hesabda önə keçirib — 1:0. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR