Onlayn ictimai-siyasi qəzet
Türkiyə – İtaliya CANLI YAYIN
Meydanda ağır məğlubiyyət: İtaliya Türkiyəni 4:1 hesabı ilə üstələdi
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya qarşılaşması başa çatıb.
Meydan sahiblərinin ağır məğlubiyyəti ilə yekunlaşan oyunda qonaqlar 4:1 hesabı ilə inamlı qələbə qazanıblar. İtaliya yığmasının heyətində Alessandro Bastoni (9'), Davide Frattezi (22'), Maykl Kayode (27') və Pio Esposito (50') fərqləniblər. Türkiyə milli komandasının yeganə təsəlli qolunu isə 47-ci dəqiqədə Barış Alper Yılmaz vurub.
Bu nəticədən sonra İtaliya xallarını artıraraq qrupda mövqeyini möhkəmləndirib, Türkiyə milli komandası isə doğma azarkeşləri önündə ağır məğlubiyyətlə barışmalı olub.
***
İtaliya Türkiyə ilə matçda dördüncü qolu vurdu: Pio Esposito fərqləndi — 1:4
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya qarşılaşmasında qonaqlar hesabdakı fərqi yenidən böyüdüblər.
Görüşün 50-ci dəqiqəsində İtaliya milli komandasının hücumçusu Pio Esposito dəqiq zərbə ilə rəqib qapısına yol taparaq hesabı 1:4 edib.
Hazırda qarşılaşmada İtaliya yığması böyük hesablı üstünlüyünü davam etdirir.
***
Türkiyə ikinci hissəyə qolla başladı: Barış Alper Yılmaz fərqi azaldı — 1:3
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya matçında hesab dəyişib.
İkinci hissənin başlanğıcında meydan sahibləri fərqi azaltmağa müvəffəq olublar. Görüşün 47-ci dəqiqəsində Türkiyə milli komandasının hücumçusu Barış Alper Yılmaz dəqiq zərbə ilə rəqib qapısına yol taparaq hesabı 1:3 edib.
Hazırda qarşılaşmada İtaliya yığması 3:1 hesabı ilə irəlidədir.
***
Türkiyə – İtaliya matçında ilk hissə başa çatdı: Qonaqlar darmadağınla irəlidədir — İLK HİSSƏNİN STATİSTİKASI
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya qarşılaşmasının ilk hissəsi yekunlaşıb.
İtaliya milli komandası fasiləyə böyük hesablı üstünlüklə yollanıb — 0:3.
İlk 45 dəqiqənin statistik göstəriciləri aşağıdakı kimidir:
Topa sahibolma: 43% — 57%
Ümumi zərbələr: 2 — 10
Qapıya dəqiq zərbələr: 1 — 5
Künc zərbələri: 0 — 1
Qayda pozuntusu: 7 — 9
Sarı vərəqə: 1 — 0
Qırmızı vərəqə: 0 — 0
Meydan sahibləri ilk yarıda rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilməyiblər. İtaliya yığması isə həm oyuna nəzarət, həm də hücumların kəsəri baxımından aşkar üstünlük nümayiş etdirib.
***
İtaliya Türkiyə qarşısında hesabdakı fərqi darmadağın səviyyəsinə çatdırdı: 0:3
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya matçında qonaqlar üstünlüyünü daha da artırıblar.
Görüşün 27-ci dəqiqəsində İtaliya milli komandasının futbolçusu Maykl Kayode rəqib qapısına yol taparaq hesabı 0:3 edib.
Hazırda matçda İtaliya yığması böyük hesablı üstünlüklə irəlidədir.
***
İtaliya Türkiyə ilə oyunda üstünlüyünü artırdı: Hesab 0:2 oldu
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya matçında qonaq komanda fərqi iki topa çatdırıb.
Görüşün 9-cu dəqiqəsində Alessandro Bastoninin golu ilə hesabı açan İtaliya seçməsi 22-ci dəqiqədə rəqib qapısına ikinci yolu tapıb. Davide Frattezi dəqiq zərbə ilə hesabı 0:2 edib.
Hazırda matçda İtaliya milli komandası 2:0 hesabı ilə irəlidədir.
***
Millətlər Liqası: İtaliya Türkiyə ilə oyunda hesabı açdı
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilən Türkiyə – İtaliya qarşılaşmasında hesab açılıb.
Görüşün 9-cu dəqiqəsində İtaliya milli komandasının müdafiəçisi Alessandro Bastoni fərqlənərək komandasını hesabda irəli çıxarıb.
Hazırda matçda hesab 0:1-dir.
***23:47
Musavat.com xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində növbəti qarşılaşma start götürüb.
Türkiyə və İtaliya milli komandaları arasındakı oyun saat 22:45-də başlayıb. Turnirin iddialı yığmalarının qarşılaşması futbolsevərlər tərəfindən böyük maraqla izlənilir.
Oyunun gedişatı və nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ