İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva çətin durumda: Rusiyanın ümidi Türkiyəyə qaldı

"S&P Global Commodities at Sea" (CAS) təşkilatının məlumatına görə, Rusiya avqustun sonuna qədər Türkiyədən ilk benzin partiyasını qəbul edə bilər.

Musavat.com xəbər verir ki, analitiklərin bildirdiyinə görə, MR sinfinə aid (dedveyti 25–50 min ton olan) "Wendrix" tankeri Mersin limanından yola düşüb.

Partiyanın həcmi 200 min barel təşkil edir.

"VesselFinder" xidmətinin məlumatına əsasən, gəmi Baltik dənizi limanlarından birinə doğru istiqamət alıb. Tankerə yüklənmiş yanacağın istehsal yeri isə məlum deyil.

İyul ayından bəri məlum olan bu göndəriş xaricdən benzin idxalı üzrə beşinci hal olacaq. CAS və Kpler analitiklərinin məlumatına görə, keçən ay ərzində Rusiya Hindistanın Vadinar terminalında yüklənmiş və Misir yaxınlığında gəmidən-gəmiyə boşaldılmış üç gəmini qəbul edib. Daha bir benzin partiyası isə Mərakeşdən gətirilib, lakin bu yanacağın mənşəyi məlum deyil. S&P Global qeyd edir ki, ölkədəki yeganə neft emalı zavodu hələ 2015-ci ildə bağlandığından, yanacaq başqa yerdən gətirilib. Analitiklər iyulun sonundan bəri Rusiyaya dəniz yolu ilə göndərilən benzinin ümumi həcmini 1 milyon barreldən çox qiymətləndirirlər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak avqustun 19-da bildirib ki, ölkənin yanacaq bazarında gərgin vəziyyətin ikinci mərhələsi yaşanır. "Kommersant" yazır ki, o, daha sonra vəziyyətin dəyişdiyini və bir neçə zavodun artıq fəaliyyətini bərpa etdiyini qeyd edib. Novak "Vesti"yə açıqlamasında əlavə edib ki, problemlər yalnız benzinlə bağlıdır, dizel yanacağı və kerosin isə kifayət qədərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR