Onlayn ictimai-siyasi qəzet
“Yaponiya Cənubi Kuril adalarının SSRİ tərəfindən ilhaq edilməsi ilə nəticələnən II dünya müharibəsinin nəticələrinə hörmət etməlidir”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu tələbi Tokionun Rusiya prezidenti Vladimir Putinin İturup adasına səfərini tənqid etməsindən sonra irəli sürüb.
“Sinxua” agentliyinin xəbərinə görə sözçü deyib: "Çin həmişə Dünya antifaşist müharibəsində (Çində II dünya müharibəsinin rəsmi adı) qələbənin nəticələrinə hörmət edilməsini və qorunub saxlanılmasını müdafiə edib. Çin Yaponiyanı II dünya müharibəsindən sonra Qahirə bəyannaməsi və Potsdam müqaviləsi kimi beynəlxalq hüquqi sənədlərə əsaslanan beynəlxalq qaydaya riayət etməyə çağırır", - deyə diplomat vurğulayıb.
Daha əvvəl Yaponiya Xarici İşlər Nazirliyi Putinin İturupa səfərinə etiraz edib. Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi də Kuril adalarına ərazi iddialarını açıqlayıb.
Tokio Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyini tanımır və İturup, Kunaşir, Şikotan və Habomay adalarının öz nəzarətinə qaytarılmasında israr edir. Yaponiya qanunvericiliyində bu dörd ada "Şimal əraziləri" adlanır. Moskva, II dünya müharibəsindən sonra SSRİ-yə verilmiş Kuril adaları üzərində Rusiyanın suverenliyinin qanuniliyini daim təkrarlayır.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ