İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva yaxınlığında qaz kəmərini partlatmaq istəyən rusiyalı saxlanıldı

 

Moskva vilayətinin Serpuxov rayonunda qaz kəmərini partlatmaq istəyən 56 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı planlaşdırıb.

Şəxs gecə saatlarında partlayıcı qurğu quraşdırmağa çalışarkən tutulub və partlayışdan sonra üçüncü ölkə vasitəsilə Ukraynaya qayıtmaq niyyətində olub.

Saxlanılan şəxs əvvəllər Ukraynada qanunsuz qalması səbəbilə deportasiya edilərək Rusiyaya göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR