İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada sui-qəsd planı ifşa edildi - ŞOK GÖRÜNTÜLƏR

Rusiya təhlükəsizlik orqanları Moskvada yüksək rütbəli bir hərbçiyə qarşı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən hazırlanmış terror aktının qarşısını alıb.

Musavat.com xəbər verir ki, ələ keçirilən şəxsin Moldova və Ermənistan marşrutu ilə Rusiyaya daxil olduğu və Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyat yoldaşına cinayət işi açılacağı ilə şantaj edilərək əməkdaşlığa məcbur edildiyi məlum olub.

Saxlanılan şəxs təlim keçdikdən sonra Moskvada mənzil kirayələyərək hədəfi izləmək üçün kamera quraşdırıb, maskalanmaq üçün isə parik, saxta saqqal və eynəkdən istifadə edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, terrorçu hərbçinin gündəlik qrafikini izləyərək, özünün hazırladığı partlayıcı qurğu yerləşdirilmiş dron vasitəsilə ona sui-qəsd etməyi planlaşdırıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində təxribatın qarşısı vaxtında alınıb və şübhəli şəxs zərərsizləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2026

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR