Onlayn ictimai-siyasi qəzet
Ukraynanın sabiq Silahlı Qüvvələr baş komandanı, hazırda isə ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı növbəti seçkilərdə prezident Volodimir Zelenskini geridə qoya biləcək yeganə namizəd hesab olunur.
Musavat.com xəbər verir ki, bu barədə "The Times" ictimai rəy sorğusuna istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Zalujnı Zelenskiyə reytinq baxımından ən çox yaxınlaşa bilən siyasi fiqurdur. Hələ ki, o, hazırkı prezidentdən öndə deyil, lakin fərq kifayət qədər kiçikdir.
Zalujnının populyarlığının əsas səbəbi onun “müharibə qəhrəmanı” statusu və münaqişənin ilkin mərhələsində ölkənin müdafiəsinin təşkilində oynadığı roldur.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ