Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç ABŞ gəmisinə və üç neft tankerinə hücum etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, açıqlamanı İranın dövlət televiziyası yayıb: "SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç neft tankerinə və ABŞ-a məxsus üç gəmiyə zərbə endirib".
Hücumların ABŞ-ın İran tankerlərinə zərbələrinə cavab olaraq həyata keçirildiyi bildirilir.
İran televiziya kanalı Press TV-nin məlumatına görə, SEPAH həmçinin Hörmüz boğazının qorunan ərazisinə girməyə cəhd edən ABŞ silahlı qüvvələrinə məxsus pilotsuz yerüstü nəqliyyat vasitəsinə hücum edib.
Kanalın məlumatına görə, SEPAH Hörmüz boğazının qorunan ərazisinə girməyə çalışan ABŞ terrorçu qüvvələrinə məxsus pilotsuz yerüstü nəqliyyat vasitəsinə hücum edib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) üç İran neft tankerinə zərbələr endirdiyini elan etmişdi. Heqset isə ABŞ gəmilərinə hücum davam edərsə, İranın bütün neft donanmasının məhv olunacağı ilə hədələmişdi.
Belə görünür ki, İran bu hədəni ciddi qəbul etmədi. SEPAH-ın son zərbələrinə ABŞ-ın cavab verəcəyi gözlənilir.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ