İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ əsgərlərinin bu VİDEOSU gündəm oldu – Elə görüntüləri yayıldı ki…

ABŞ-nin “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi bir neçə gün öncə Tailanda çatıb. Gəmi Pattaya kurort şəhəri yaxınlığındakı Laem-Çabanq limanına daxil olub.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəmidə xidmət edən minlərlə hərbçi təxminən 9 ay davam edən missiyadan sonra şəhərə üz tutub.

Onların bəzilərinin əyləncə məkanlarında səhnəyə çıxaraq rəqs etməsi diqqət çəkib.

ABŞ Hərbi Dəniz Qüvvələri səfərin əsas məqsədinin şəxsi heyətin dincəlməsi və yenidən enerji toplaması olduğunu açıqlayıb.

Təxminən 5 min amerikalı hərbçinin şəhərə gələcəyinin açıqlanmasından sonra Pattaya rəhbərliyi və təhlükəsizlik qüvvələri hazırlıqları gücləndirib. ABŞ hərbçiləri üçün müəyyən qaydalar da tətbiq olunub. Onların Pattayanın bəzi əyləncə bölgələrinə gec saatlarda daxil olmasına məhdudiyyətlər qoyulub.

Minlərlə amerikalı hərbçinin şəhərdə olduğu vaxt insident baş verib. Pattayanın məşhur “Walking Street” ərazisinin yaxınlığında iki amerikalı dənizçinin sərxoş vəziyyətdə davaya müdaxilə etdiyi bildirilib.

Qeyd edək ki, aviadaşıyıcı 265 gündən çox müddət ərzində müntəzəm liman səfəri həyata keçirmədən dənizdə qalıb. Heyət missiyanın böyük hissəsini Yaxın Şərqdə keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR