İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Livanı bombardman etdi: Xəstəxana və yaşayış binası dağıdıldı, ölənlər var

İsrail Hərbi Hava Qüvvələri Livanın cənub ərazilərinə kütləvi aviazərbələr endirməkdə davam edir.

Musavat.com xəbər verir ki, "Al Jazeera" telekanalının yaydığı məlumata görə, İsrail aviasiyasının Livanın cənub bölgəsini bombardman etməsi nəticəsində ən azı dörd nəfər həlak olub.

Hücumlar zamanı İsrailə məxsus qırıcı təyyarə Nəbətiyə rayonunun Ərəbsəlim qəsəbəsində yerləşən üçmərtəbəli yaşayış binasına iki raket zərbəsi endirərək binanı tamamilə dağıdıb. Bununla yanaşı, Nəbətiyə əl-Fauqa yaşayış məntəqəsində yerləşən "Qandur" xəstəxanası da hava zərbələri nəticəsində yerlə-yeksan olub.

Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin və yaralananların sayının artacağı istisna olunmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR