Onlayn ictimai-siyasi qəzet
Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb.
Musavat.com "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib.
O, vəziyyətinin yaxşı olmadığını qeyd edib. İzləyicilərindən onun üçün dua etmələrini istəyib.
"Hazırda Mərkəzi Klinikadayam. Çoxlu dualar edin və hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız", - deyə İlham Mirzəyev bildirib.
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ